• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 12.02.2018 10:02

“Korvetta”ya 1100 at güclü motor quraşdırdı, rekord qırdı

Florida sakini Eddi Blekuell Chevrolet Corvette C5 Z06 dreq avtomobilinə 1100 at güclü atmosfer mühərrik quraşdırıb. Vengeance Racing firmasının istehsalı olan 7,4 litrlik  aqreqat dəqiqədə 9200 dəfə fırlanır. Motorda Mast Motorsports silindrlərinin blok başlığından, ProEFI Pro128 yanacaq sistemindən və bir cüt akseratordan istifadə olunur. “Korvetta”nın transmissiyası karbonlu muftası və differensialı olan ardıcıl PPG sürət qutusundan ibarətdir. Blekuel düzəliş etdiyini avtomobili ilə LS seriyalı atmosfer motorlular arasında rekorda da nail olub. O, yarım mil, yəni 805 metrlik məsayədək, saatda 313 kilometr sürət yığmağı bacarıb.

 

Cavanşir Məmmədzadə