• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 12.02.2018 10:01

Nissandan tırtıllı rodster

Nissan şirkəti rəsmi olaraq 370Zki prototipini nümayiş elətdirib. 370Z rodsterinin bazasında yığılan model aparıcı arxa oxda tırtıllar, həmçinin ön oxda xizək əldə edib. Avadanlıq American Track Truck, Inc. firmasının məhsuludur. Rodsterin təkərlərini tırtıl və xizəklə əvəzləməkdən ötrü, layihə müəllifləri asmanın bərkimə elementlərini dəyişməli, kuzovu isə 76 millimetr qaldırmalı olublar. Tormoz mexanizmlərinə gəldikdə, onlar elə zavod istehsalı kimi qalıblar. Nissan 370Zki 3,7 litrlik V6 işlək motorla hərəkətə gəlir. Aqreqat 332 at gücü verir. Mühərrik 7 diapazonlu avtomatik sürət qutusu ilə birləşir. Avtomobil eyni zamanda elektrik ötürücü ilə işləyən yumşaq qatlanan damını qoruyub saxlayıb. 

 

Cavanşir Məmmədzadə