• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 10.02.2018 16:43

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır

KepezTV Player

Mövsümün ikinci yarısına XV turun oyunları ilə start veriləcək. Hesabat turu tarixi derbi ilə əlamətdar olacaq. Gəncənin “Kəpəz” klubu səfərdə “Neftçi”nin qonağı olacaq. “Sarı-göylər” qarşıdakı oyuna hazırlığı Bakıda keçiriblər. Fasilə müddətində heyətini demək olar ki, tamamilə yeniləyən gəncəlilər autsayder mövqeyindən yaxa qurtarmaq üçün hər oyunda uğur qazanmağı hədəfləyiblər. Onu da deyək ki, qonaqlar derbiyə itkilərlə çıxacaq. Müdafiəçi Dedimar Fereyra cəzalı, yarımmüdafiəçi Murad Səttarlı isə zədəlidir. “Neftçi” – “Kəpəz” matçı fevralın 11-də saat 17:30-da keçiriləcək.

Azad Rəfi