• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2498
— 10.02.2018 15:31

Hava yağmurlu keçəcək

KepezTV Player

Qərb bölgəsində hava şəraiti fevral ayının 12-nə kimi qeyri-sabit keçəcək. Arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağmurlu hava şəraiti dağ rayonlarında daha çox müşahidə ediləcək. Milli Hidrometeorologiya Departamentinin Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, bu gündən başlayaraq Gəncə və ətraf rayonlarda havanın temperaturu 10 dərəcə aşağı düşüb. Hazırda 5-6 dərəcə isti müşahidə olunur. Yaxın üç gün ərzində Gəncə və ətraf rayonlara qarın yağması praqnozlaşıdırılmır.

Musa Şükürov Gəncə Regional Hidrometeorologiya Müəssisəsinin şöbəsinin rəisi : “ Yaxın 2-3 gün ərzində hava şəraiti fasiləli yağış yağacaq, şərq küləyi əsəcək. Tempuratur 7-11 dərəcə olacaq. Şaxtalı hava gözlənilmir”.

Elnur Vahidoğlu