• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 10.02.2018 14:31

Gəncənin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında müsabiqə keçirilib

KepezTV Player

Gəncədə keçirlən “Ədəbiyyat biliciləri” müsabiqəsinə şəhərin 46 orta məkətbindən 156 şagird qatılıb. 8-11-ci sinif şagirdləri onlara verilən saat yarım ərzində Azərbaycan, eləcə də dünya ədəbiyyatından istədikləri şair və yazıçının həyatı və yaradıcılığından bir əsəri öz fikirləri ilə yazılı şəkildə ifadə ediblər. Şagirdlərin imkanları isə şəhər Təhsil İdarəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən yoxlanılacaq. Təhsil Nazirliyi tərəfindən müasbiqənin keçirilməsində məqsəd şagirdlərin ədəbiyyata marağını artırmaq, həmçinin yeniyetmələri mütaliəyə cəlb etməkdir.  

Tünzalə Orucova şagird : “Azərbaycanın görkəmli yazıçısı Cəfər Cabbarlının “Dilarə” əsərinə müraciət etdim. Bu əsərdə kiçik qız Dilarənin və onun atası Bəşirin çəkdiyi çətinliklərlə qızının məktəbə yola saldığını yazdım”.

Ümid Həbibov şagird: “Dünya ədəbiyyatına müraciət etdim. Daniel Defonun Robinzon Kruzo əsərindən məlumat verəcəyəm. Bu da bizim kitabxanalarımızda mütaliyə sahəsinin genişləndirilməsi ilə bağlıdı”.

Söhrab Hacıyev Gəncə şəhər Metodiki Mərkəzinin direktoru: “Bu mərhələdə qalib gələn şagirdlərimiz Gəncə şəhər Təhsil İdarəsinin resurs mərkəzində keçirilən müsahibə mərhələsində iştirak edəcək. Müsahibə mərhələsində qalib olan şagirdlərimiz isə respublika mərhələsinə qatılacaq. Ötən dərs ilində keçirilən “Ədəbiyyat bilicilər” müsabiqəsində də şagirdlərimiz iştirak edib. Ən böyük nailiyyətlər əldə etmişik. Respublika mərhələsində 3 nəfər şagirdimizdən 2-i qalib adını qazanıb”.

Elnur Vahidoğlu