• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 10.02.2018 13:48

Samuxda ümumi məhsul buraxılışının həcmi artıb

KepezTV Player

Ötən il Samuxda 972 sahibkarlıq subyekti fəaliyyətə başlayıb, 1157-si daimi olmaqla 7530 yeni iş yeri yaradılıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarına 750 min manata yaxın güzəştli kredit verilib. 2017-ci ilin yekunlarının müzakirə edildiyi yığıncaqda Samuxda kənd təsərrüfatı və sənayedə qeydə alınan artımın, rayona yatırılan investisiya həcminin ürəkaçan olduğuna diqqət çəkilib. Prezident İlham Əliyevin Samuxa səfəri zamanı istifadəyə verilən obyektlərin rayon iqtisadiyyatı üçün mühüm əhəmiyyəti vurğulanıb. Rayon mərkəzi və kəndlərdə çoxmənzilli binaların dam örtüyü dəyişdirilib, yeni dairəvi yol istifadəyə veirlib. Təhsil, səhiyyə və mədəniyyət sahəsində mövcud vəziyyətdə müzakirə olunub. Bəzi qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Natiq Hüseyn