Bu günə xəbərlərin oxunma sayı: 883
— 09.02.2018 14:58

“Kəpəz”in əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib

KepezTV Player

Komanda müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb. Hər üç oyunçu mövsümün ilk yarısında I divizion klublarında forma geyinib. Belə ki, Əliyev “Şüvəlan”da, Əsədovla Zamanov isə “Turan Tovuz”da çıxış edib. Xatırladaq ki, Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb. 

 

Azad Rəfi