• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 09.02.2018 10:02

Barmaq izi skaneri ekrana quraşdırıldı

Yaponiyanın Japan Display maye-kristal panellər istehsalçısı şüşə əsasında şəffaf barmaq izi skaneri hazırlayıb. Yeni texnologiyanın Synaptics və Qualcomm şirkətlərinin texnologiyalarından əsas fərqi ondan ibarətdir. Daktiloskopik ötürücü ekran altında deyil, bilavasitə displeydə quraşdırılıb.

Deyilənə görə, şüşəyə yerləşdirilən barmaq izi skanerində smartfon və fotoaparatlarda istifadə olunan və Pixel Eyes displeylərində tətbiq edilən əsas sensor funksiyalar texnologiyası işləyir. Pixel Eyes sayəsində şüşə altlığa quraşdırılan sensor LCD ekranın səthinə barmaq toxunuşunu tanıyır. Şüşə altlıq tutumun dəyişməsi vasitəsilə barmaqla toxunulan sahəni müəyyənləşdirir. Japan Display texnologiyasının daha bir üstünlüyü barmaq izi skanerlərinin LCD displeylərə quraşdırılması imkanındadır, halbuki Synaptics ötürücüləri yalnız OLED panellərlə uyğunluq təşkil edir. Yeni ekranların kütləvi istehsalına 2019-cu ilin martında başlamaq planlaşdırılır.

 

Cavanşir Məmmədzadə