• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 09.02.2018 10:01

Tesla Roadster avtomobili Marsa tərəf hərəkət edir

Milyarder biznesmen, mühəndis və ixtiraçı Elon Mask tərəfindən 16 il öncə əsası qoyulan SpaceX şirkəti ən nəhəng raketini uğurla fəzaya buraxmağa müvəffəq olub. 70 metr hündürlüyündə olan 27 mühərrikli Falcon Heavy günəş orbitinə qalxandan sonra Mask müxbirlərə raketin gözləntiləri aşdığını bildirib. Üç kiçik Falcon-9 raketindən ibarət Falcon Heavy Floridada yerləşən Kennedi Fəza Mərkəzindən buraxılıb. Bu raket iqtisadi cəhətdən daha səmərəli şəkildə 60 tona qədər yükü standart aşağı-orbitə daşımaq üçün nəzərdə tutulub. Buraxılması 90 milyon dollara başa gələn raketin içində Maskın şəxsi Tesla Roadster avtomobili yerləşdirilib. Bu maşın Yerlə Mars orbiti arasında uçacaq. Fəza təhlilçisi Morris Cons Amerikanın Səsinə bildirib ki, 64 ton çəkidə olan Falcon Heavy hal-hazırda dünyanın ən böyük raketi olsa da, tarixdəki ən böyük raket deyil. Bu raket yenidən istifadə edilə bildiyidən onun əməliyyat məsrəfləri daha əlverişlidir.

Bununla bərabər SpaceX daha böyük raketi - Big Falcon Rocket üzərində çalışır. Mask ümid edir ki, bu raket turistləri fəzaya apara biləcək.

 

Cavanşir Məmmədzadə