• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 09.02.2018 10:03

Elektrikli Jaguar I-Pace krossoveri qarlı yolda drift etdi

Jaguar şirkəti I-Pace krossoverinin yeni videogörüntülərini yayımlayıb. Potensial alıcı tərəfindən idarə olunan avtomobil İsveçin şimalında, qarlı şəraitdə drift edilib. Videoçarxdan aydın olur ki, model üçün 100 kilovattlıq batareya təklif olunacaq. Onun 80%-ni 45 dəqiqəyə yükləmək mümkün olacaq. I-Pace krossverinin ehtiyat gedişi 320 kilometrdən çoxdur. Müştərilərə hətta 500 kilometr məsafəyədək gedişi olan akkumlyator sifariş verə bilərlər. Elektrokarın rəsmi premyerası martın 1-nə təyin olunub.

 

Cavanşir Məmmədzadə