• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 958
— 09.02.2018 00:05

Gədəbəydə dönərçi müştərinin zərbəsinə tuş gəlib

KepezTV Player

Qarın qardaşdan irəlidi deyiblər. Gədəbəydə ötən gün yaşanan hadisə bu deyimi bir daha sübut edib. İki nəfər şəxsin könlünə  dönər düşüb və bu istəklərinidə reallaşdırıblar. Di gəl ki qidalandıqları dönərin dəyərini ödəmək lazım gəldikdə tərəflər arasında mübahisə yaranıb. Bu mübahisəni sakitləşdirmək isə dönərçi üçün baha başa gəlib. Hadisənin təfərrüatlarını gecə müxbirimizə zərərçəkənin özü danışıb.

Gədəbəy rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə rayonun mərkəzində baş verib. Rayon sakini 29 yaşlı İbrahim Abdullayev dönərxada iki nəfər tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdı.

Şahin Quliyev həkim “İlkin müayinə zamanı xəstənin təpə alın nahiyyəsində çapılmış yara, sifətin sol yarısında almacıq nahiyyəsində geniş həcmli hematoma aşkar edilib. Xəstəyə yardım göstərildi”.

Zərərçəkən İbrahim Abdullayev xeyli müddətdir Gədəbəy rayonunun mərkəzində dönər hazırlayıb satmaqla məşğul olur. Həmin şəxslər də sözügedən obyektə onun hazırladığı dönərdən yemək məqəsədi ilə gəliblər. İstədikləri qidanı daddıqdan sonra ödəniş əvəzinə dönərçiyə xəsarət yetiriblər. 

İbrahim Abdullayev - zərərçəkən – “Axşam tərəfi idi. Saat 6 olardı. İki nəfər sərxoş halda gəldi. Dönər yedilər pulu vermək üstündə mübahisə yarandı. Dalaşanda mən aralamaq məqsədi ilə yaxınlaşdım, o da məni vurdular”.

Hələlik dönərçinin döyən şəxslərin kimlikləri məlum deyil. Faktla bağlı Gədəbəy rayon polis şöbəsinin təhqiqatçıları tərəfindən araşdrıma aparılır.

 

Elnur Vahidoğlu