• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 08.02.2018 16:17

Gəncədə cüdo üzrə Yaponiya Səfiri Kuboku keçirilib

KepezTV Player

Yarışın reallaşdığı 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin cüdo və ağır atletika zalları Yapaniyanın müvafiq qrand proqramı çərçivəsində təmir olunub. Zallar 2014-cü ildə yenilənərək müxtəlif yaş qrupunda olan idmançıların istifadəsinə verilib. Ənənəvi xarakter daşıyan yarış 3-cü dəfə təşkil olunub. Qızlarda 2, oğlanlar arasında isə 4 çəkidə güclülərin müəyyənləşdiyi kubokda 9-16 yaş arası uşaq və yeniyetmələr tatami üzərinə çıxıb. Yarışın final mərhələsində 18 cüdoçu qüvvəsini sınayıb. Yekunda ilk 3-lüyə düşənlər medal, qaliblər isə həm də kubokla təltif olunub.

Teruyuki Katori – Yaponiyanın Azərbaycandakı səfiri:İzlədiyim görüşlərdən sonra belə qənaətə gəldim ki, Gəncədə cüdo çox inkişaf edib. Ümid edirik ki, bundan da yaxşı olacaq. Yarışda iştirak edən cüdoçuların yaşı 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına qatılmağa imkan vermir. Amma düşünürəm ki, onlar gələcəkdə daha nüfuzlu turnirlərdə medallar qazanacaqlar. Gəncə cüdo məktəbinin yetirmələri Avropa və dünya çempionatlarında, olimpiya oyunlarında fəxri kürsüdə yer alıblar. Bunun davamlı olmasını arzu edirəm. Yaponiya Səfiri Kubokunun qalibləri arasında da bacarıqlı idmançılar var  əminik ki, onlar beynəlxaq arenada öz sözlərini deyəcəklər.

Orxan Cəfərzadə