• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1707
— 08.02.2018 14:06

Aptek və marketlərdən oğurluq edən dəstə yaxalandı

KepezTV Player

Bakıda oğurluğa cəhdin qarşısı alınıb. Fevralın 7-də gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xidmətdə olan əməkdaşlar tez bir zamanda hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisləri tərəfindən saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər. Məlum olub ki, heç biri yetkinlik yaşına çatmayıb. Aparılan söhbətlər zamanı onların qrup halında Sabunçu rayonunda yerləşən bir aptekdən 14 yanvar tarixində 499 manat apardıqları, Bakıxanov qəsəbəsində yerləşən marketdən oğurluq etdikləri də aydınlaşıb. Həmçinin bu şəxslər Yasamal, Nərimanov və Binəqədi rayonlarında da market və apteklərdən oğurluqlar ediblər. Toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.