• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 08.02.2018 14:05

Qadının evinə silahlı basqın edən şəxs yaxalanıb

KepezTV Player

“102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib.Dərhal aidiyyəti üzrə həmin ünvana gələn Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etməsi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını aparması müəyyən edilib.Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanılıb.