• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 08.02.2018 14:00

Çoxmərtəbəli yaşayış binasında yanğın oldu

KepezTV Player

Bakının Xətai rayonunda yanğın baş verib. Hadisə Mehdi Mehdizadə küçəsində yeni inşa edilən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Yanğın 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə maşını, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri və 4 təcili tibbi yardım briqadası cəlb olunub. 30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Alovun qarşısı qısa zaman ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.