• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 07.02.2018 15:16

Gəncədə rayon icra hakimiyyəti rəhbəri səviyyəsində sakinlərin səyyar qəbulu baş tutub

KepezTV Player

Yeni Gəncə qəsəbəsində Nizami rayonunun icra başçısına 40-a yaxın sakin müraciət edib. Binaların dam örtüklərinin təmiri, tüstü bacaların təmizlənməsi, yaşılıq ərazilərin genişləndirilməsi, yas mağarının bərpası, yaşayış massivində olan zibillik ərazilərin tullantılardan təmizlənməsi, binaların qarşısındakı ərazilərin istirahət üçün əlverişli vəziyyətə gətirilməsi, işlə təminat əhalini narahat edən məsələlər olaraq dilə gətirilib. Bəzi müraciətlər elə yerindəcə həllini tapıb. Belə ki, ərazidə partlamış su boruları təmir olunub, ilin sosnunadək 16 binanın dam örtüyünün təmir olucanağı deyilib.

 

Gülnar Fazilqızı