• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 07.02.2018 13:19

İçkili olub qonşudan oğurluq etdi

KepezTV Player

Neftçalada qızıl-zinyət əşyalarını oğurlayan rayon sakini saxlanılıb.Belə ki, Neftçala şəhər sakini Elşən Dünyamalıyev polis şöbəsinə evindən naməlum şəxs tərəfindən qızıl-zinyət əşyalarının oğurlanması barədə şikayət ərizəsi təqdim edib. Araşdırma zamanı müəyyən edilib ki, naməlum şəxs gizli olaraq talama məqsədi ilə Elşən Dünyamalıyevin yaşayış evinin pəncərəsinin şüşələrini sındırma və çıxarmaqla evə qanunsuz daxil olub.Yataq otağındakı yük yerində qoyulan şüşə bankadakı qızıl-zinyət əşyalarını oğurlamaqla ev sahibinə 3940 manat dəyərində maddi ziyan vurub. Keçirilən əməliyyat tədbirləri ilə müəyyən edilib ki, oğurluq əməlini Neftçala şəhər sakini, 23 yaşlı İdrak Məmmədov törədib. O saxlanılıb və oğurladığı qızıl-zinyət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı