• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 07.02.2018 13:02

Qonşusuna yardım edirdi, xəsarət aldı

KepezTV Player

Zaqatalanın Lahıc kəndində, kənd sakini Vilayət Əliyevə məxsus ümumi sahəsi 165 kv/m olan, birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 3 otağının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə və evin dam örtüyünün 80 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alovun söndürülməsində köməklik edən qonşu, 24 yaşlı Cavidan Muradovun sağ baldır nahiyəsini pəncərə şüşəsi kəsib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılan Cavidan Muradova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı