• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 898
— 07.02.2018 13:13

Zavod ərazisində partlayış oldu

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə paytaxtın Xətai rayonunda "Radioquraşdırma zavodu" ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlum olub ki, yanğın “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində olub. Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri hadisə yerinə cəlb olunub. Alov qısa vaxt ərzində söndürülüb. Əraziyə Xətai rayon polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla əlaqədar araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı