• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 07.02.2018 13:15

İdarəetmədən çıxan maşın ağaca çırpıldı

KepezTV Player

Tovuz rayonu Aşağı Eyyublu kəndində yol qəzası olub. Kənd sakini, 7 yaşlı Elvin Əsgərov küçədə oynayarkən qəflətən yola çıxıb və "KamAZ" markalı yük maşını onu vurub. Azyaşlı aldığı xəsarətlər səbəbindən ölüb. Hadisəni törədən sürücü, Aşağı Eyyublu kənd sakini, 25 yaşlı İbrahim Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb. Bakının Yasamal rayonunda da ölümə səbəb olan qəza baş verib. 79 yaşlı Mehdiqulu Poladovu yolu keçərkən "Kia" markalı avtomobil vurub. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Ölçülər aparılıb, sürücünün ifadəsi alınıb. Daha bir qəza Qaraməryəm-İsmayıllı-Şəki yolunun 147-ci kilometirliyində, Şəki rayonu ərazisində olub. VAZ 21 07 marlakı avtomobilin sürücüsü Köbər Zəyzid kənd sakini Tamerlan Sofibəyov idarəetməni itirərək nəqliyyat vasitəsini ağaca çırpıb. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Sürücünü avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN xüsusi xilasetmə qrupu, təcili tibbi yardım briqadası və polis əməkdasları gəlib. Xəstə dərhal Şəki mərkəzi rayon xəstəxansına çatdırılıb. Hazırda Tamerlan Sofibəyovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bütün faktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı