• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 07.02.2018 10:01

Uçan Airbus taksisi ilk uçuşunu həyata keçirdi

Airbus aviaistehsalçısı tərəfindən hazırlanan pilotsuz hava taksisi Vahana özünün ilk uçuşunu həyata keçirib. Oreqon ştatında baş tutan sınaqlarda 6,2 metr uzunluqda və 5,7 metr enlikdə olan tamölçülü Vahana 5 metr hündürlükdə uçub və yerə yüngülcə eniş edib. Növbəti gündə prototip ikinci uçuşunu yerinə yetirib. Vahananı 2016-cı ilin fevralından düzəltməyə başlayıblar. Uçan aparatın şaquli uçuşu və eni konvertoplanın sxeminə uyğunlaşdırılıb.  Hər bir qanadın konsolunda hava vintləri olan 4 elektromotor quraşdırılıb. Güman edilir ki, aparat əvvəlcədən təyin olunmuş marşrut üzrə yükləri daşımaq üçün istifadə olunacaq. Uçan taksi hətta qarşıya çıxa biləcək maneələri izləyə və onları dəf edə bilir. 

 

 

Cavanşir Məmmədzadə