• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 06.02.2018 15:56

ADAU-da heyvandarlıqla bağlı mövcud vəziyyət müzakirə edilib

KepezTV Player

Bu dəfə heyvandarlıqla bağlı mövcud vəziyyət alimlər, baytarlar və fermerlərin iştirakı ilə müzakirə edilib. İri buynuzlu mal-qaranın bəslənməsində təsərrüfatçıların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün məsləhətlər verilib.

Müxtəlif istiqamətli qaramalın cins tərkibi və onun yaxşılaşdırılması yolları, xəstəliklərə qarşı müalicə və profilaktiki tədbirlər, mal əti istehsalı və satışının təşkili seminarın əsas müzakirə mövzularından olub. Göygöl, Samux, Tərtər, Bərdə, Ağdam, Şəmkir, Zaqatala və Goranboydan gələn fermer və sahibkarlar mövcud problemlərin həlli istiqamətində mütəxəsislərin məsləhət və təkliflərini dinləyiblər.

Anar Qasımov Goranboy Rayon Baytarlıq İdarəsinin mütəxəssisi: “Baş sayına uyğun balaların alınmaması əsas prolemlərdən biridir. Bu da müəyyən yemləmələrin zəif olması, birtərəfli yemləmələrin aparılmasından irəli gəlir”.

Elmay Tanrıverdiyev Göygöl Rayon Baytarlıq İdarəsinin həkimi: “Göygöl rayonunda epizootik vəziyyət sabitdir. Bizdə regional baytarlıq laboratoriyası fəaliyyət göstərir. Heyvanlar vaxtaşırı müayinə olunurlar, qan analizləri götürülür. Hazırda heç bir xəstəlik yoxdur”.

Yerlərdə heyvanların saxlanılması, bəslənilməsi, yetişdirilməsi və mayalandırılması işləri zoobaytar qaydalarına əməl olunmadan kor-təbii surətdə aparıldığından, bu heyvanların cins tərkibinin itməsinə, ət süd və digər heyvandarlıq məhsullarının istehsalının azalmasına gətirib çıxara bilər.

Telman İskəndərov ADAU-nun Baytarlıq Təbabəti və Zoomühəndislik fakultəsinin dekanı: “Ölkəmizə xaricdən çoxlu sayda cins mal-qara gətirilib. Bu heyvanların anatomiyası, fiziologiyası, məhsuldarlığı bizim yerli cinslərdən tamami ilə fərqlidir. Təbii ki, bu heyvanların xəstəlikləri də fərqlidir. Bu heyvanları ölkəmizdə yetişdirmək, onlardan yüksək məhsul alamq üçün mütləq belə seminarlar təşkil olunmalıdır. Aqrar mütəxəsislər, baytar həkimlər, zootexniklər birgə səy göstərərək, maldarlığı inkişaf etdirməlidir”.

Heyvandarlıqda mövcud olan problemlərin müştərək şəkildə aradan qaldırılması istiqamətində ADAU-da fermer və torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlər davamlı olacaq.