Bu gün futzal üzrə Avropa çempionatında növbəti 1/4 final oyunları keçiriləcək. Milli komandamız yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə üz-üzə gələcək. Bu görüş iki komanda arasında 12-ci qarşılaşma olacaq. Geridə qalan 11 oyunun heç birində komandamız qələbə qazana bilməyib. Azərbaycan – Portuqaliya görüşü Bakı vaxtilə saat 21:00-da start götürəcək.
AVRO-2018
1/4 final
21:00. Portuqaliya – Azərbaycan
Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çətin (Türkiyə), Saşa Tomiç (Xorvatiya)
Sloveniya. Lyublyana, “Stojica Arena”
Orxan Cəfərzadə
- Baxış: 573