KepezTV Player
Bakının Binəqədi rayonunda bir nəfər döyülərək dünyasını dəyişib.Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində paytaxt sakini, Qarabağ müharibəsi əlili 44 yaşlı Mübariz Əhmədov baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər almış formada tapılıb. O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Mübariz Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşları hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyini araşdırırlar.
- Baxış: 953