• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 05.02.2018 18:31

Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

KepezTV Player

Paytaxt sakini olan qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə naməlum şəxsin Səməd Vurğun küçəsində onun mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə müraciət edib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi əməli etiraf edərək, ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

Faktla bağlı cinayət işi açılıb. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin analoji qanunu pozuntularında iştiraklarını istisna etmirlər. Onun əməlindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-yə müraciət edə bilərlər.

 

Zülfiyyə Telmanqızı