KepezTV Player
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonunun Həsənsu kəndi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib. Mütəxəssislər su arxının kənarına baxış keçiriblər. Aparılan təcili və təxirəsalınmaz tədbirlər nəticəsində 6 ədəd partlamamış hərbi sursat - 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) və 1 ədəd 40 mm-lik silah qumbarası aşkar edilib. Daşınması mümkün olmadığına görə, mərmilər partlayış yolu ilə yerində zərərsizləşdirilib.
- Baxış: 615