• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2158
— 05.02.2018 15:02

Gəncədə Yunan-Roma güləşi üzrə zona birinciliyi keçirilib

KepezTV Player

2001-2003-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında baş tutan yarış 10 çəki dərəcəsində təşkil olunub. 80-ə yaxın idmançının iştirak etdiyi mübarizələrdə Nizami yurdunun təmsilçiləriylə yanaşı Naftalan, Goranboy, Şəmkir, Daşkəsən, Ağstafa və Qazax pəhləvanları da xalça üzərinə çıxıb. Yarış Azərbaycan birinciliyinə seçim xarakteri daşıyıb. Bütün çəkilərin qalibləri və ən yaxşı 5 güləşçi Bakıda keçiriləcək ölkə birinciliyinə vəsiqə əldə edib. 

 

Azad Rəfi