• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 819
— 03.02.2018 16:06

Gəncədə 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları vergi ödəyiciləri ilə görüş keçiriblər

KepezTV Player

Gəncədə 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Gəncə, Daşkəsən, Goranboy və Naftalandan olan vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirib. Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli qərarına uyğun olaraq elektron qaimə-fakturanın tədbiqi, uçotu və istifadəsi qaydaları onlara izah olunub, elektron qaimə-fakturanın yazılması və göndərilməsi yollarından danışılıb. Qərarın müvafiq bəndinə əsasən ƏDV ödəyiciləri və  dövriyyəsi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə xidməti göstərən şəxslər ötən ilin aprelindən, digər vergi ödəyiciləri isə 2018-ci ilin ilk günündən etibarən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların təqdim edilməsi zamanı qarşı tərəfə elektron qaimə fakturanı təqdim etməlidirlər. Əks halda...