• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 03.02.2018 15:28

Gəncədə adam başına düşən yaşıllığın miqdarı qaneedicidirmi?

KepezTV Player

Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsinin norması müəyyən edilib. Yeni qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunan Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb. Bundan irəli gələrək ölkənin 2-ci böyük şəhərində vəziyyəti öyrənmişik, izləyək.

Yeni qaydalara əsasən iri şəhərlərdə hər adam başına düşən yaşıllıq sahəsi 10 kv.m-dən az olmamalıdır. Orta şəhərlərdə isə bu göstərici adam başına 7 kv.m nəzərdə tutulub. İri şəhərlər siyahısında yer alan və əhalisinin sayı 333 minə yaxın olan Gəncədə bu baxımdan vəziyyət necədir?

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqranomu: Gəncə şəhərində 1450 hektar yaşıllaşdırma sahəsinə qulluq olunur. Hər bir nəfərə təxminən 10 kv metr yaşıllaşdırma sahəsi düşür. Amma bu bizi və şəhər rəhbərliyini qane etmir. Bu il daha 100 hektar yeni yaşıllıq zolağı salınacaq.

Açıqlanan rəqəm onu göstərir ki, Gəncədə adambaşına düşən yaşıllıq miqdarı nəzərdə tutulan normadan təxminən 4 dəfə artıqdır ki, bu da müsbət haldır. Keçiriləcək yaşıllaşdırma aksiyalarının bu göstəricini bir qədər də artıracağını deməyə əsas verir. Yaşıllıqlarla bağlı daha bir yenilik isə ağac və kolların əkilmə qaydası ilə bağlıdır.

Rizvan Quliyev Gəncə Şəhər Yaşıllaşdırma İdarəsinin baş aqranomu: Ağac və gül kollarının əkilmə qaydaları əvvəlcədən müəyyənləşdirir.  Ağaclar binalardan, obyektlərdən, səkilərdən hardasa 10 metr aralı əkilməlidir. Gül-çiçək kolları isə əvvəlcədən bizim müəyyən eydiyimiz yerlər olur, hansı ki, ayaqaltı olmayan münasib yerlərdir. Yaşıllaşdırma idarəsində hardasa 15 ali təhsilli aqranomlar var. Şəhər ərazisindəki yaşıllıq zolaqları bölünüb və həmin aqranomlar tərəfindən daim nəzarətdə saxlanılır.

Gəncədə ən böyük yaşıllıq zonası dünyanın sahəsi 450 hektar olan Heydər Əliyev park kompleksinin ərazisində yerləşir.

Elton Cabbarlı