• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1094
— 02.02.2018 14:47

Qərb derbisində “Turan” qalib gəldi

KepezTV Player

AFFA-nın təşəbbüsü ilə 16 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan birinciliyində qış fasiləsi başa çatıb. Yarışda 18-ci turun oyunları çərçivəsində qərb derbisi reallaşıb. “Kəpəz” Gəncədə “Turan”ı qəbul edib. İlk dövrədə səfərdə rəqibinə qalib gələn “sarı-göylər” doğma meydanda tovuzlulara uduzublar. Revanş almağı bacaran qonaqlar 4 cavabsız qolla qalib gəliblər. 11 komandanın çıxış etdiyi birincilikdə komandalar turnir cədvəlində qonşu pillələrdə yer alıblar. Hesabat turundan sonra “Kəpəz” 19 xalla 7-ci, “Turan” 17 xalla 8-cidir.

 

Azad Rəfi