• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 02.02.2018 15:10

Gəncədə qeydə alınan seçicilərin ilkin sayı açıqlanıb

KepezTV Player

Mərkəzi Seçki Komissiyası tərəfindən ölkə üzrə vahid seçici siyahısının dəqiqləşdirilməsi aparılır. Hazırda məntəqə seçki komissiyalarında ərazi üzrə siyahıya alma aparılır və ötən illə müqayisədə seçicilərin sayının təxminən 3-5% artması praqnozlaşdırılır. Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən seçicilərin dəqiqləşdirilməsinə yanvarın əvvəlindən başlanılıb. Gəncə 4 dairənin 107 məntəqə üzrə bu günə qədər 147 min 336 seçici siyahıya daxil edilib. Dəqiqləşdirilmə zamanı 18 yaşına çatanların, dünyasının dəyişənlərin, ərazi üzrə qeydiyyata düşən və çıxanların adları müəyyənləşdirilir. Dairələrdə seçici siyahılarının dəqiqiləşdirilmə tam başa çatdıqdan sonra ilk dəfə səsverəcək vətəndaşların, siyahı üzrə kişi və qadınların say tərkibi də bilinəcək.

Elbar Əhmədov - 39 saylı DSK-nın sədir: Hazırda məntəqlər siyahıları dairəyə təqdim etməkdə davam edirlər. Siyahının dəqiqişlədirilməsi bundan sonra dairədə aparılacaqdır. Daha sonra siyahılar mövcud dairələr üzrə Mərkəzi Seçki Komissiyasına ötürüləcəkdr. MSK siyahının təsdiq etdikdən sonra may ayının 31-dək Seçkilər İnformasiya Mərkəzinin bazasında yerləşdiriləckdir

 

Xaliq Qurbanlı