• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 02.02.2018 13:19

Üç nəfərdən silah götürülüb

KepezTV Player

Naftçala rayon Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Rayonun Həsənəbad qəsəbə sakini, 49 yaşlı Çingiz Ağayev və Kürqarabucaq kənd sakini, 58 yaşlı Absalam Mustafayev şübhəli şəxs qismində saxlanılıblar. Çingiz Ağayevin evinə baxış keçirilən zaman evin məişət əşyaları yığılmış otağında 1 ədəd qəhvəyi rəngli taxta qundağı olan, 5,6 mm kalibrli, 1957-ci il buraxılışlı, yivli odlu silah olan “TOZ” markalı silaha oxşar tüfəng aşkar edilərək götürülüb.Şöbəyə gətirilən həmin şəxslər törətdiyi əməlləri etiraf ediblər.

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə rayon ərazisində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

 

Zülfiyyə Telmanqızı