• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 02.02.2018 13:38

Qadın xəstə bildiyi tanışına gizlin külli miqdarda pul verdi

KepezTV Player

Bakıda qəribə hadisə yaşanıb. Kişi evindən pul oğurlandığı üçün polisə şikayət edir, ancaq bütün şübhələr həyat yoldaşının üstündə toplanır. Olayın necə və nə üçün baş verdiyini süjetdən biləcəksiniz.

Binəqədi rayon polis idarəsi 7 ci polis bölməsinə müraciət edən vətəndaş evindən 57 min 700 ABŞ dollarının oğurlanması barədə məlumat verib. Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götürülməsi əsaslı şübhələr yaratdığından əməliyatçılar xanımla söhbət ediblər. İlkin ifadəsində hadisədən xəbərsiz olduğunu bildirən qadın sonradan işin nə yerdə olduğunu deyib. Onun sözlərinə görə, alqı-satqı saytlarından birində əşya satmaq üçün elan yerləşdirib. Daha sonra elandakı nömrəyə tanımadığı şəxs yazmağa başlayıb və ağır xəstə olmasını bildirərək ondan yardım istəyib. Bu yolla həmin adam ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər xanımdan külli miqdarda pul götürüb. Qadın pulları xəstə bildiyi 30 yaşlı Ramil Muradova ərindən xəbərsiz verdiyini deyib. Saxlanılan şəxs də törətdiyi əməli etiraf edib.

Ramil Muradov aldığı pulun 57 min 700 dollar deyil, 35 min dollar olduğunu bildirib və vurğulayıb ki, qadının ona göstərdiyi “bacı” münasibətindən sui istifadə edib.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı