• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 02.02.2018 13:28

"VAZ 2107" qəzaya səbəb oldu

KepezTV Player

Bakının Binəqədi rayonunda yol qəzası baş verib. Hadisə Ziya Bünyadov propektində yerləşən tuneldə qeydə alınıb. Prosrektlə Koroğlu metrosu istiqamətində hərəkətdə olan Kamaz markalı yük maşınının qarşısında qəfil Vaz 2107 markalı avtomobil saxlayıb. Kamazın sürücü nəqliyyat vasitəsini vaxtında saxlayaraq qəzadan yayınıb. Lakin arxadan gələn Şaqman Kamaza çırpılıb. Zərbənin təsirindən Şaqmanın kabinə hissəsi yararsız hala düşüb. Sürücü ağır xəsarətlər alıb. O, təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb. Faktla əlaqədar araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı