• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 02.02.2018 10:03

Norveçli 350 at güclü hot-heçlə taksi sürücülüyü məşğuldur

Norveçin Odda şəhərciyində yaşayan Evald Yastad gücləndirilmiş Ford Focus RS heçbekini taksi kimi istifadə etdiyinə görə məşhurlaşıb. Odda turistik baxımdan populyar yer sayılır. Burada ölkənin ən maraqlı yerlərindən biri – “Trollun dili” adlı qaya yerləşir. Hər səhər Yastad öz oğlunu evdən 16 km uzaqlıqda yerləşən bağçaya aparır, daha sonra turistləri və ya yerli sakinləri istədikləri yerə çatdırır. Kuzovunun açıq rəngdə və dinamikalı görünməsinə görə Yastadın maşınına “Göy şimşək” adı verilib. Turistlərin sayəsində bu ləqəb hətta Norveçdən kənarda da məşhurlaşıb. İl yarım ərzində hot-heç 127 000 kilometr məsafə qət edib. Ford Focus RS 2,3 litrlik EcoBoost turbomotoru ilə təchiz olunub. Onun at gücü 350-ə bərabərdir. İlk “yüzü” avtomobil 4,7 saniyəyə yerinə yetirir. 268 km/saat isə onun maksimal sürətidir.

 

Cavanşir Məmmədzadə