• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 01.02.2018 16:08

Göygöl və Samuxda gənclər günü təntənə ilə qeyd olunub

KepezTV Player

Samuxda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi inşa ediləcək bu barədə rayonda gənclər günü münasibətilə keçirilən tədbirdə məlumat verilib. İdmanda qazanılan medalların sayının ötən il 90-a yaxın olduğu, 1000-dən çox gəncin idmanın müxtəlif növlərinə cəlb edildiyi vurğulanıb. 10-dan çox gənc dövlət qulluğunda, 4 nəfər isə məhkəmə orqanlarında işə qəbul olunub. Ümumiyyətlə Samuxda 15 min 426 nəfər rayon gəncindən 8080-i kişi, 7346-sı qadındır. Samuxlu gənclərin ötən il respublika səviyyəli müsabiqə və yarışların mükafatçılarından olduğu xatırlanıb. Bir qrup fəal gənc fəxri fərmanla mükafatlandırılıb, musiqili proqram təşkil edilib.

Göygöldə isə 18 minə yaxın gəncdən 4 mini idmanla məşğul olur. Rayondakı Gənclər Mərkəzindən yerli gənclərlə yanaşı, N saylı hərbi hissənin şəxsi heyəti də istifadə edir. 2017-ci ildə yerli gənclər 100-dən çox müxtəlif əyyarlı medal qazanıblar. Onların sırasında Dünya və Avropa yarışlarının mükafatçısı da var. Bu il bir neçə kənddə yeni idman qurğusunun istifadəyə verilməsi planlaşdırılır ki, bu da gənclərə göstərilən qayğı kimi dəyərləndirilib. Sonda bir qrup fəal gənc fəxri fərmanla mükafatlandırılıb.

Natiq Hüseyn