KepezTV Player
Paytaxtın Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.29 yaşlı Şahnun Babazadə Zərdabi küçəsində yaşadığı evin həyətyanı səhəsində ərinin bıçaqlı hücumuna məruz qalıb. Nəticədə qadın 6 bıçaq zərbəsi alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, bıçaq Şahnun Babazadənin mədə və qaraciyərini zədələyib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.
- Baxış: 778