• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 01.02.2018 11:57

Sikkə ölçüsündə robot-cərrah düzəldildi

Harvard Universiteti nəzdində Viss İnstitutunun alimləri oriqami texnikasından istifadə edərək milliDelta adlı miniatür robot-cərrah düzəldiblər. Robotun ölçüsü 1 sentlik sikkə boydadır.

Miniatür ölçülü robot-cərrah onu unikal çeviklik, dəqiqlik və lazımi hərəkət sürəti ilə təmin edən pyezoelektrik qurğularla təchiz edilib. Robot 75 Hs tezlikdə işləyir. Onun yaradıcıları iddia edirlər ki, robot məhdud məkanda bir neçə mikrocərrahi əməliyyat yerinə yetirə bilər. Alimlər sözügedən robotun yaradılması zamanı düz materiallardan mürəkkəb strukturlar yaratmağa imkan verən Pop-up MEMS texnologiyasından istifadə ediblər. RoboBee adlı uçan robotun yaradılmasında da bu texnologiya tətbiq edilmişdi.