• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 01.02.2018 11:57

Pensiyaçı buxarlı mühərriklə işləyən Land Rover hazırladı

Böyük Britaniya sakini Frenk Rotvell 50 illik Land Rover Series II avtomobilini buxarlı mühərriklə təchiz edib. Offroud su qızdırıcı ilə də təmin olunub. Maşının hazırlanmasına 400 saat vaxt və 34 min dollar pul xərclənib. Motor buxarlı lokomotivlərdə istifadə olunan aqreqatların prinsipilə işləyir. Belə ki, qızdırıcıda su kömürlə isidilir, buxarın təzyiqi isə kiçik motoru hərəkətə gətirmək üçün istifadə olunur. Yolsuzluq avtomobilinin maksimal sürəti saatda 24 kilometrdir. Orijinal Land Rover Series II modeli 2,25 litrlik 73 at güclü motorla işləyirdi, aqreqat 4 pilləli mexaniki transmissiya ilə birləşirdi. Seriesin sələfi olan Land Rover Defenderin istehsalı 2016-cı ildə dayandırılıb.