• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 01.02.2018 11:56

3D printerdə ən böyük titan detalı çap edildi

Volkswagen qrupuna məxsus Bugatti şirkəti əyləc supportunu 3D printerdə çap edərək nümayiş elətdirib. Titan ərintisindən düzələn 8 porşenli monoblok indiyəqədər 3 ölçülü texnologiya ilə hazırlanan ən böyük detal sayılır. Supportun uzunluğu 41 santimetr, eni 21, hündürlüyü 13,6 sm-dir. Detalın çəkisi cəmi 2,9 kiloqramdır. Onun alüminium analoqu isə 5 kq-a yaxındır. 3D-supportun hazırlanmasında aerokosmik sənayedə istifadə olunan ərintidən yararlanılıb. Ondan təyyarələrin şassi dirəkləri və raket mühərrikləri düzəldilir. Bugattiyə bu işdə Laser Zentrum Nord şirkəti köməklik göstərir. Məhz bu firma titanla işləyə bilən dünyanın ən böyük 3D-printerinə sahibdir. Supportun çap müddəti 45 saat davam eləyir. Bu vaxt ərzində 400 vattlıq lazer 2213 ədəd titan tozlarını bərkidir və öncədən təyin olunmuş proqram üzrə detal ərsəyə gəlir. Daha sonra deformasiyaya qarşı dözümlülüyünü artırmaq üçün detal termo-emaldan keçirilir. Bundan sonra onun üzərində 11 saat ərzində kimyəvi və mexaniki işlər görülür.