• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 31.01.2018 19:37

Goranboyda partlamamış hərbi sursatlar tapıldı

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində 3 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib. 2 ədəd mərmi və 1 ədəd əl qumbarası götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatların  tapıldığı ərazidə axtarış aparılıb. Başqa təhlükəli əşya və qurğu aşkar edilməyib.