• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 31.01.2018 14:47

Göygöl və Samuxda sakinlkərin təklifləri dinlənilib

KepezTV Player

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Samuxda yerli əhalini narahat edən bir çox problemlər 2017-ci ildə həllini tapıb. Sakinlər su, qaz və işıq sarıdan əziyyət çəkmir. Məşğulluğu təmin etmək üçün yeni emal və istehsal müəssisələri yaradılır. Rayon rəhbərliyi ilə sakinlərin görüşündə bir sıra təkliflər də səsləndirib. Yeni salınan yaşayış massivlərində kommunal xidmətlərin yaxşılaşdırılması, küçə və məhəllələrdə gecə işıqlandırma sisteminin yaradılması kimi məsələlər qaldırılıb. Səsləndirilən təkliflər fərdi qayadada dinlənirərək onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Növbəti dövlət proqramında Samux rayonuda həyata keçiriləcək layihələrdən danışılıb. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarının maddi texniki bazasının yaxşılaşdırılacağı diqqətə çatdırılıb.

Şərabçılıqla bağlı tarixi ənənələri olan Göygöldə də sakinlər rayon rəhbərliyi qarşısında təkliflərlə çıxış edib. Vətəndaşlar mərkəzdən kənar küçələrdə aparılan abadlıq quruculuq işlərinin sürətləndirilməsinin vacibliyini önə çəkiblər. Səsləndirilən müraciətlərin qısa zamanda həll edilməsi qərara alınıb. Bunlarla yanaşı rayonun mövcud gözəlliyini qorumaq, ekoloji vəziyyəti daha da yaxşılaşdırmaq üçün küçə və prospektlərdə yaşıllaşdırma işlərinin genişləndirilməsi tapşırılıb. İclasda bir sıra nöqsanlara da toxunulub və aradan qaldırılması üçün aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Natiq Hüseyn