• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1920
— 31.01.2018 13:21

Dirəyə çırpılan avtomobil yandı

KepezTV Player

Bakıda avtomobil yanıb. Hadisə Xətai rayonunda, Gəncə prospektində qeydə alınıb. Zığ yolu şossesi istiqamətində hərəkətdə olan "Hyundai Accent" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb. Bundan sonra avtomobil alışaraq yanmağa başlayıb. Şahidlərin sözlərinə görə, sürücü yüngül dərəcəli xəsarətlə yanan avtomobildən vaxtında uzaqlaşıb.Yanğınla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğını söndürüb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı