• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 31.01.2018 13:17

Narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində 4 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov olduğu məlum olub. Baxış zamanı onun üzərindən heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə polis əməkdaşları onda əlavə narkotik olmasını müəyyən ediblər.Yaşadığı evin yaxınlığında kolluqda gizlətdiyi 2 kiloqramdan artıq heroin də aşkar edilərək götürülüb.Qaradağ Rayon Polis İdarəsi əməkdaşları isə Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif İsmayılovu saxlayıblar. Ondan 1 kiloqram 640 qram heroin götürülüb. Masallı polisi tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əzizovdan marixuana götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib. Oradan əlavə olaraq 125 qram marixuana, həmçinin lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş “İJ-16” markalı tüfəng də aşkar edilərək götürülüb.Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də əməliyyat tədbirləri keçirilib. Şöhrət Ağayev şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.İlkin istintaq zamanı Ağayev törətdiyi əməli etiraf edib. Faktlarla bağlı cinayət işləri başlanılıb.

 

Zülfiyyə Telmanqızı