• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 30.01.2018 21:06

Dəm qazından zəhərləndilər

KepezTV Player

Goranboyda dəm qazından zəhərlənmə olub. Hadisə rayonun Xanqərvənd kəndində baş verib. Kənd sakini 32 yaşlı Gülnar İsayeva yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O, dərhal yaxınlarının köməkliyi ilə Goranboy rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.  Gülnar İsayevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Anoloji fakt Tovuzda da yaşanıb. Rayonun Yuxarı Öysüzlü kənd sakini 69 yaşlı Ələddin Məmmədov yaşadığı evdə dəm qazından zəhərlənib. O, dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Elnur Vahidoğlu