KepezTV Player
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyində 2 Fevral-Gənclər Günü münasibətilə şəhərin fəal gəncləri ilə görüş keçirilib. Azərbaycanın dinamik inkişafının davamlılığını təmin etmək üçün gənclərin üzərinə düşən vəzifələrdən danışılıb. YAP Gəncə şəhər Təşkilatının 40 min 300 üzvü var ki, onların da 56 faizini gənclər təşkil edir. Bu gənclər şəhərin ictimai əhatında öz fəallıqları ilə seçilirlər. Çıxışlardan sonra Gəncə Musiqi Kollecinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Sonra ictimai işlərdə xüsusi fəallığı ilə seçilən gənclər Fəxri Fərmanla təltif ediliblər. Onların sırasında ARB Kəpəz-in əməkdaşı Gülnar Fazilqızı da var.
- Baxış: 1157