• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2202
— 30.01.2018 13:51

Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldı

KepezTV Player

Salyan Rayon Polis Şöbəsinin və Baş narkotiklərin mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı  növbəti dəfə birgə əməliyyat tədbirləri keçirilib. 4 nəfər şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Rayon sakinləri, 51 yaşlı Elain Səmədovun üzərindən 5,382 qram narkotik vasitə olan tiryək, 51 yaşlı İqbal Hüseynovda 8,042 qram tiryək və 31 yaşlı Nurlan Quliyevdə isə 9,15 qram qurudulmuş marixuana aşkar edilib.Rayonun Çuxanlı kənd sakini 37 yaşlı Kənan Qədirovun da üzərinə baxış keçirilib. Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Salyan RPŞ-nin müstəntiqi Rayon inzibati binasında onun üzərinə axtarış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibindən 6 ədəd kibrit qutusunda və 2 ədəd salafan bükülüdə ümumilikdə təmiz çəkisi 48,28 qram olan narkotik vasitəolan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.