• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 30.01.2018 10:55

Datsun markasında krossover peyda oldu

Datsun şirkətinin ilk krossoveri təqdim olunub. Cross adlı avtomobil İndoneziyada debüt edib. O, bu bazarda üçüncü, qlobal satışda isə 6-cı maşındır. Krossoverin uzunluğu 4 metrə yaxın, eni 1,7 metr, hündürlüyü 1,5 metrdir. Təkər bazasının ölçüsü isə 2,5 metrə çatır. Klirensi 200 millimetrdir ki, bu da GO+ modelindən 30 millimetr çox deməkdir. Avtomobil qara rəngdə plastik müdafiə örtüklərinə malikdir. Motor 5 pilləli mexaniki sürət qutusu ilə 68 at gücünə malikdir. Variatorla isə bu göstərici 78 at gücünə bərabər olur. Datsun krossoverinin təchizat siyahısına daxil olanlar bunlardır: stabilizasiya, ABS, əyləc gücünün yenidən bölüşüdürülməsi sistemi və terkşn-kontrol. Model xüsusi olaraq İndoneziya bazarı üçün hazırlanıb. Datsun Cross-un qiyməti 163 milyon İndoneziya rupisi, təxminən 11 600 dollar dəyərində olacaq.