Qərb bölgəsindən bu il üçün Respublikanın ali məktəblərinin magistraturasına daxil olmaq istəyənlər üçün bu il ilk dəfə olaraq Gəncədə sınaq imtahanı keçiriləcək. Yanvar ayının 18-dən başlayaraq sınaq imtahanı üçün qeydiyyat başlanıb və 30 nəfər iştirakını təsdiqləyib. Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə daxil olmaqla magistraturanın sınaq bölməsində şəxsi kabinet yaratmaqla şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodu daxil edilir və 30 manat ödəniş edilir. Nəticədə imtahana buraxılış vərəqəsi verilir. Sinaq imtahanın qeydiyyatı yanvarın 31-nə kimi davam edəcək. Sınaq imtahanı fevralın 4-də keçiriləcək. ADAU-nun aqrar İqtisadiyyat fakültəsinin binasında baş tutacaq imtahan səhər saat 10-da başlayacaq. İmtahanda bakalavrlara 2 saat 30 dəqiqə ərzində məntiqdən 50, xarici dil və informatikadan müvafiq olaraq 25 sual təqdim ediləcək. Bu il magistraturanın birinci mərhələsinin imtahanı fevralın 25-də keçiriləcək.
Nəsimi Məmmədov - Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsinin müdiri: Gəncə şəhərində ilk dəfə region üzrə magistraturaya sımaq imtahanının keçirilməsinə qərar verilib. Bu da bakalavrların imtahan prosesina hazırlaşmasına kömək məqsədi üçün daşıyacaq Dövlət İmtahan Mərkəzi tərəfindən atılmış addımdır. Sınaq imtahanı tam qəbul imtahanları formatında keçiriləcək imtahan prosesidir. Artıq sınaq imtahanın keçirilməsi üçün imtahan binaları və imtahanların hazırlıq mərhələri sınaq imtahanlarının keçirilməsi üçün tam hazır vəziyyətdədir. Həmin günü bakalavrlara 400-dən artıq yer təqdim edilib. Neçə nəfər qeydiyyatdan keçəcəksə həmin bakalavrların da qeydiyyatına uyğun da sınaq imtahanı həyata keçiriləcəkdi.
Elnur Vahidoglu
- Baxış: 721