• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 819
— 29.01.2018 14:06

Samux və Şəmkirdə mal-qaranın baş sayı artıb

KepezTV Player

Qış mövsümündə mal-qara arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə Samux və Şəmkirdə peyvəndləmə aparılır. Sanitar-profilaktik tədbirlər əhalinin keyfiyyətli ətlə təmin olunmasına zəmanət verir.

Son bir ildə Samux rayonunda iri buynuzlu mal-qaranın baş sayında 700, xırda davarlarda 5 min, tək dırnaqlılarda 1000, ev quşlarının baş sayında isə 20 min baş artım müşahidə olunub. Bununlada sözügedən rayonda iri buynuzlu heyvanların baş sayı 23 minə, xırda davarlar 153 minə, ev quşlarının sayı isə 120 minə çatıb.

Lətif Əsgərov – fermer: Malım var qoynum var. Hamısıda hər il bala verir. Quzulardan bala götürürük. Maldanda dana götürürük. Yaşayış tərzimizi normal hala sala bilirik.

Samux rayon Baytarlıq İdarəsinin həkimləri fərdi təsərrüfatlarda iri buynuzlu və tək dırnaqlı heyvanlara qarayara əlehinə vaksinlər vurur, eyni zamanda bruselloz əlehinə qan nümunələri götürürlər. Bundan başqa ev quşları nyukasl, sahibli itlər isə quduzluq əlehinə peyvənd edilir.

Elxan Rüstəmov - Samux Rayon Baytarlıq İdarəsinin rəisi: 6 min baş iri buynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı peyvənd edilib. 600 baş iri buynuzlu heyvandan bruseilloz xəstəliyinə görə qan nümunələri götürülüb. Bundan 500 baş tək dırnaqlı heyvan və 300 baş sahibli it peyvənd edilib.

Baytarlar Şəmkirdə də profilaktik tədbirləri davam etdirir. 16 baytar sahə məntəqəsinin həkimləri tərəfindən təsərrüfatlarda peyvəndləmə aparılır.

Məmməd Qasımov - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: İcra nümayələri və bələdiyyələr camaatı marifləndirmədə bizə yaxından kömək edirlər. Əhalidə bizimlə sıx təmasada olur və tədbirlərimzidə iştirak edirlər. Mən yenə də əhalimizə müraciət edirəm ki tədbirlərimzidə iştirak etsinlər ki heyvanlar arasında heç bir infeksion xəstəliyə rast gəlməyək.

Şəmkir rayonunda ümumilikdə 61 min iri buynuzlu, 294 min xırda davar bəslənilir. Rayonda 3 min baş tək dırnaqlı və 18 min sahibli it mövcuddur.

 

Natiq Hüseyn